Nazir təhsilin keyfiyyətinə təsir edən əsas amilləri açıqladı

   Nazir təhsilin keyfiyyətinə təsir edən əsas amilləri açıqladı
  18 Mart 2021    Oxunub:3624
“15 mart tarixindən başlatdığımız və təhsilin keyfiyyətinə təsir edən amillərin qiymətləndirilməsinə yönəlmiş sorğu çərçivəsində 10 812 rəy qəbul edilib”.
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook”da bildirib.

"Sorğunun nəticəsinə əsasən, təhsilin keyfiyyətinə təsir edən amillər sırasında müəllimlərin peşəkarlıq səviyyəsi 33,3 faiz, məktəbin maddi-texniki təchizatı (bina, istilik, İKT təminatı və fənn laboratoriyaları) 17,3 faiz, valideyn amili (ailə mühiti, dəstək, təhsilə münasibət, məsuliyyət) 15,2 faiz, məktəb rəhbərlərinin fəaliyyəti 10 faiz, məktəbdə psixloji mühit 8,2 faiz, dərsliklər 5,5 faiz təşkil edib. Bütün amilləri qeyd edənlər isə 7,2 faiz olub", - deyə nazir qeyd edib.



Azvision.az


Teqlər: Təhsil   Nazir   Emin-Əmrullayev  





Xəbər lenti