“Şagirdin dərs yükünü azaltmaq lazımdır” - Emin Əmrullayev

 “Şagirdin dərs yükünü azaltmaq lazımdır” -  Emin Əmrullayev
  18 Mart 2021    Oxunub:2412
Məktəbdaxili qiymətləndirmələrlə bağlı köklü və əsaslı müzakirələr aparmalıyıq. Pilot qaydada iki məktəbdə yeni qiymətləndirmə prosesinə başlanılıb. Sonrakı illərdə bunun digər məktəbləri də əhatə etməsi planlaşdırılır.
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev özünün “Facebook” hesabında canlı yayım zamanı bildirib.

Onun sözlərinə görə, məktəbdaxili qiymətləndirmədə bir neçə istiqamət əsas götürülməlidir: "Şagirdin qiymətini yazmaq məqsədilə qiymətləndirmə keçirmək lazım deyil. Şagirdin gündəliyində 5 qiymətinin yazılması vacib deyil. Onun bacarıqlarının düzgün qiymətləndirilməsi vacibdir. İlk növbədə, şagirdin dərs yükünü azaltmaq lazımdır”.

E.Əmrullayev qeyd edib ki, şagirdin hansı qiymət alması, neçə bal toplamasından daha çox nəyi yaxşı bacarması əsasdır:

“Müəllim bu istiqamətdə tövsiyələr verməlidir. Məktəbdaxili qiymətləndirmənin azaldılmasının tərəfdarıyam. Bununla bağlı müzakirələr aparılmalıdır”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Şagird   Dərs   Qiymətləndirmə  





Xəbər lenti