“Hamı məktəblərdə nə baş verdiyini görməlidir” - Nazir

“Hamı məktəblərdə nə baş verdiyini görməlidir” -  Nazir
  18 Mart 2021    Oxunub:2849
“Məktəblərdə monitorinq inspeksiyalarını növbəti ildən başlayaraq keçirməyi düşünürük. Hesabatları ictimaiyyətə açıq şəkildə təqdim edəcəyik. Hamı məktəblərdə nə baş verdiyini görməlidir”.
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev özünün “Facebook” hesabında canlı yayım zamanı bildirib. Onun sözlərinə görə, müşahidələri şəffaf şəkildə paylaşacaqlar.

Nazir, həmçinin bildirib ki, direktorlar üçün təlimlərin keçirilməsi də vacib məsələdir.

Aytən Zəhra
Azvision.az



Teqlər: Məktəb   Monitorinq  





Xəbər lenti