Bakıda qardaş qardaşını qətlə yetirdi
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qardaşı 1969-cu il təvəllüdlü Elçin Camalovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Etibar Camalova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Elçin Camalov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Azvision.az
Teqlər: Bakı Nəsimi Qardaş Qətl