"Bakcell" "YAŞAT" Fondunun daha bir təşəbbüsünə qoşuldu
Məqsəd müvafiq kateqoriyadan olan şəxslərin daim, o cümlədən Novruz bayramı ərəfəsində diqqət mərkəzində saxlanılması, onların sosial qayğı ilə əhatə olunmasıdır.
“YAŞAT" Fondu şəhidlərimizin ailə üzvlərinin və qazilərimizin müraciətlərini diqqət mərkəzində saxlayır, onların müxtəlif ehtiyaclarının qarşılanması üzrə işləri davam etdirir.
Qeyd edək ki, “Bakcell”in daxil olduğu “NEQSOL Holding”in tərkibində olan şirkətlər “YAŞAT” Fonduna ümumilikdə 1,2 milyon manat məbləğində vəsait köçürüblər.
Həmçinin, Bakcell şirkəti Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək göstərmək istəyən abunəçilərinə “YAŞAT” fonduna öz balanslarından ianə etmək fürsəti təqdim edib. "YAŞAT" Fonduna edilən ianə üçün göndərilən SMS tamamilə pulsuzdur.
Azvision.az