Siyəzəndə gizli nişan keçirənlər cərimələndi

Siyəzəndə gizli nişan keçirənlər cərimələndi
  20 Mart 2021    Oxunub:1961
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birində gizli şəkildə nişan mərasiminin keçirildiyini aşkar ediblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Azvision.az -a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən məclis dərhal dayandırılıb.

Məclis iştirakçılarından 6 nəfərə İXM-nin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub, qadınlar və azyaşlılarla isə profilaktiki söhbətlər aparılaraq karantin rejimi qaydalarına riayət etmələri barədə məlumat verilib.

Azvision.az



Teqlər: Siyəzən   Nişan   DİN  





Xəbər lenti