İki nəfərdən odlu silah götürülüb

İki nəfərdən odlu silah götürülüb
  22 Mart 2021    Oxunub:1688
Qusar və Şəmkir sakinlərindən ov tüfəngləri götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Yasab-tala kəndində yaşayan T.Əmirbəyovun evinin həyətinə baxış zamanı oradan “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Bundan başqa, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Şeyidlər kənd sakini E.Bayramovdan müvafiq sənədləri olmayan “İJ-26” markalı ov tüfəngi götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Silah  





Xəbər lenti