Mikroavtobusun vurduğu piyada xəstəxanada öldü

Mikroavtobusun vurduğu piyada xəstəxanada öldü
  22 Mart 2021    Oxunub:1893
Sabirabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, martın 21-də saat 1 radələrində Sabirabad şəhəri ərazisində Şirvan şəhər sakini E.Babayev idarə etdiyi “Mercedes” markalı mikroavtobusla yolu keçən Dadaşbəyli kənd sakini Pərviz Məmmədovu vurub.

Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Yol-qəzası   Piyada  





Xəbər lenti