Dövlət İmtahan Mərkəzində GRE imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzində GRE imtahanı keçiriləcək
  23 Mart 2021    Oxunub:2673
Martın 26-da Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) kompüter əsaslı növbəti GRE: General Test imtahanı təşkil olunacaq.
DİM-dən Azvision.az -a verilən məlumata görə, imtahanda iştirak edəcək şəxslər saat 08:00-dan gec olmayaraq tələb olunan sənədlərlə - şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu və imtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə birlikdə imtahan binasında olmalıdırlar. İmtahan iştirakçısı “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edib imzalamalıdır. İmtahan saat 9:00-da başlayır.

COVID-19 virusu ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaqdır. İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Azvision.az


Teqlər: DİM   GRE   İmtahan  





Xəbər lenti