Gəncə polisi soyğunçunu saxladı - FOTO

Gəncə polisi soyğunçunu saxladı -   FOTO
  28 Mart 2021    Oxunub:3050
Gəncədə danışmaq adı ilə vətəndaşların telefonunu ələ keçirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Azvision.az -a bildirilib ki, Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinə (RPİ) bir nəfər vətəndaşa məxsus mobil telefunun naməlum şəxs tərəfindən danışmaq adı ilə alınaraq daha sonra qaçırılması barədə məlumat daxil olub.

RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, şəhər sakini, əvvəllər məhkum olunmuş, Rasim Qasımov şəhər ərazisində saxlanılıb.

Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun müxtəlif vaxtlarda ümumilikdə 9 şəhər sakininə qarşı anoloji cinayət hadisəsini törətməsi məlum olub.

Ələ keçirdiyi mobil telefonları tanımadığı şəxslərə satdığını deyən R.Qasımov maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: DİN   Gəncə  





Xəbər lenti