Gədəbəy sakinini “tok” vurub öldürdü

   Gədəbəy sakinini “tok” vurub öldürdü
  29 Mart 2021    Oxunub:1496
Martın 25-də saat 19 radələrində Gədəbəy rayonu, Kərimli kənd sakini, 1969-cu il təvəllüdlü Hüseynov Şaiq Hüseyn oğlunun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Gədəbəy rayon prokurorluğundan Azvision.az -a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla Şaiq Hüseynovun kənd ərazisində elektrik enerjisinin kəsilməsi səbəbindən transformatora müdaxilə edərkən elektrik cərəyanın təsirinə məruz qalaraq ölməsi müəyyən edilib.

Hazırda fakt üzrə Gədəbəy rayon prokurorluğunda araşdırma aparılır.

Azvision.az


Teqlər: Gədəbəy   Prokurorluq  





Xəbər lenti