Koronavirus xəstəsi ictimai yerdə saxlanıldı

Koronavirus xəstəsi ictimai yerdə saxlanıldı
  29 Mart 2021    Oxunub:1928
Karantin rejimi tələblərinin təmin edilməsi, koronavirus infeksiyanın ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə daxili işlər orqanlarının əməkdaşları paytaxt ərazisində, eləcə də bölgələrdə nəzarət - profilaktik tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, martın 24-də Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin əməkdaşları tərəfindən 1 nəfər aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb. Korgöz qəsəbə sakini, 45 yaşlı A.Əşrəfova ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq onun yaşayış yerini tərk etdiyi müəyyən olunub.

Polis əməkdaşları onunla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evə qaytarılıb, bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıb.

Azvision.az


Teqlər: Koronavirus   DİN  





Xəbər lenti