AQTİ laboratoriyaları yüksək nəticə əldə etdi

AQTİ laboratoriyaları yüksək nəticə əldə etdi
  29 Mart 2021    Oxunub:1850
Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin nəzdində fəaliyyət göstərən laboratoriyalar mütəmadi olaraq peşəkarlıq sınaqlarına cəlb edilir, laboratoriyaların akkreditasiyadan keçməsi, beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində zəruri tədbirlər görülür.
İnstitutdan Azvision.az -a verilən məlumata görə, həmin tədbirlər çərçivəsində Milli Referens və Abşeron Regional Sınaq Laboratoriyaları İngiltərənin LGC Standartları şirkətinin təşkil etdiyi beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirak edib.

Milli Referens Laboratoriyası 29, Abşeron Regional Sınaq laboratoriyası isə 17 müayinə parametri üzrə səriştəlilik sınaqlarında iştirak edib. 50-dən çox ölkənin iştirak etdiyi səriştəlilik sınaqlarında Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları yüksək nəticə əldə ediblər.

Azvision.az


Teqlər: AQTİ   Laboratoriya  





Xəbər lenti