Bakıda daha 3 məktəbdə ənənəvi dərslər bərpa olundu

 Bakıda daha 3 məktəbdə ənənəvi dərslər bərpa olundu
  31 Mart 2021    Oxunub:2920
Martın 31-də paytaxtdakı 39, 258 nömrəli tam orta məktəblərdə və 166 nömrəli məktəb-liseydə əyani tədris prosesi bərpa olunub. Belə ki, qeyd olunan məktəblərin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Azvision.az -a verilən məlumata görə, 39, 258 nömrəli tam orta məktəblərdə və 166 nömrəli məktəb-liseydə çalışan bir neçə müəllimin COVİD-19 testi pozitiv çıxdığına görə təhsil müəssisələrində tədris müvəqqəti olaraq distant formada davam etdirilirdi.

Qanunsuzluq: İki müharibənin veteranı məktəb direktoru ilə bacarmır
Qeyd edək ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.

Məlum olduğu kimi, paytaxtdakı ümumi təhsil müəssisələrində normal tədris mühitinin bərpası üçün pedaqoji və texniki heyətin vaksinasiya prosesi davam edir. Sağlamlığına həssas yanaşan bütün təhsil işçiləri zəruri olan vaksinasiya prosesində fəal iştirak edirlər.

Azvision.az


Teqlər: Məktəb   Dərs  





Xəbər lenti