Lənkəran və Biləsuvarda karantin rejimi pozuldu
Həmin şəxsin əməlinə hüquqi qiymət verilməsi üçün Lənkəran ŞRPŞ-də araşdırma aparılır.
Biləsuvarda isə karantin rejim qaydalarını pozaraq yas mərasimi təşkil edən şəxs cərimələnib.
Belə ki, Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən rayonun Amankənd kəndində M.Kərimovun yas mərasimi təşkil etdiyi müəyyən edilib. Dərhal həmin ünvana gələn polis əməkdaşları tərəfindən karantin rejiminin qaydaları və tələbləri orada olan şəxslərin diqqətinə çatdırılıb.
M.Kərimov barəsində karantin rejiminin tələblərini pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və 200 manat məbləğində cərimələnib.
Azvision.az
Teqlər: Lənkəran Biləsuvar Karantin