Yaşa görə müavinət alanların sayı açıqlandı

Yaşa görə müavinət alanların sayı açıqlandı
  31 Mart 2021    Oxunub:1348
2021-ci ilin yanvarın 1-nə olan məlumata əsasən, yaşa görə müavinət alanların sayı 100,2 min nəfər (2020-ci il yanvarın 1-i vəziyyətinə 82,4 min), əlilliyə görə - 182,5 min (müvafiq olaraq 180,5 min) nəfər, ailə başçısını itirməyə görə - 49,2 min (47,0 min) nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı 52,7 (63,0 min) min nəfər, digər müavinətləri alanların sayı isə 27,2 ( 28,3 min) min nəfər olub.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, əmək pensiyası almaq hüququ olmayan 2,4 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlər üçün müavinət verilib.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 244 qəyyumuna aylıq müavinət ödənilib. Bununla yanaşı, şəhid ailələrinin, müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli hərbi xidmət qulluqçularının 7,8 min ailəsinə 12,8 min uşaq üçün aylıq müavinət verilib. 1855 nəfər bir yaşadək uşağı olan 1852 aztəminatlı ailəyə və beşdən çox uşağı olan 2,5 min qadına 8,9 min uşaq üçün sosial müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 369 şəxsə isə kompensasiya ödənilib.

Azvision.az


Teqlər: Pensiya   ƏƏSMN  





Xəbər lenti