Bakalavriat səviyyəsində ixtisasların sayı artırıldı

 Bakalavriat səviyyəsində ixtisasların sayı artırıldı
  31 Mart 2021    Oxunub:3646
Nazirlər Kabineti “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”na dəyişiklik edib.
Azvision.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, humanitar və sosial ixtisaslar qrupuna daxil olan Tərcümə üzrə "Kommunikasiya və rəqəmsal media” ixtisası yaradılıb.

Beləliklə, ali təhsilin bakalavriat səviyyəsində ixtisasların sayı artırılıb.

Azvision.az



Teqlər:





Xəbər lenti