DYP sürücülərə xəbərdarlıq edib
“Dayanma-durma qaydalarını pozan sürücülər əsasən günün pik saatlarında intensiv hərəkət müşahidə olunan küçə və prospektləri, ictimai nəqliyyat üçün ayrılmış yolları, həmçinin avtobus dayanacaqlarını zəbt etməklə həmin ərazidə yaşayan, eləcə də mənzil başına vaxtı-vaxtında çata bilməyən digər hərəkət iştirakçılarının haqlı narazılığına səbəb olur. Bir daha sürücülərə dayanma-durma qaydalarına düzgün əməl olunması və bu sahədə nəzarət tədbirlərin gücləndirilməsi məqsədilə xəbərdarlıq edir, onlardan “Yol Hərəkəti Haqqında” qanunun çərçivəsində, həmçinin yollarda hərəkətdə olan digər şəxslərin hüquqlarının pozulmaması, özlərinin isə inzibati məsuliyyətə cəlb olunmamaları üçün qayda pozuntusu törətməkdən çəkinmələrini xahiş edirik”, - deyə məlumatda qeyd olunub.
Azvision.az
Teqlər: DYP Sürücü Xəbərdarlıq