Daha 20 dövlət əmlakı özəlləşdirildi

Daha 20 dövlət əmlakı özəlləşdirildi
  31 Mart 2021    Oxunub:1635
Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən növbəti özəlləşdirmə hərracı təşkil olunub.
Xidmətdən Azvision.az -a verilən məlumata görə, hərracda 20 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 4-ü kiçik dövlət müəssisəsi, 15-i nəqliyyat vasitəsi, biri isə səhmdar cəmiyyətidir. Rəqabət mühitində keçən hərracda ümumilikdə 42 sifariş verilib.

Qeyd edək ki, özəlləşdirilən kiçik dövlət müəssisələri Bakı şəhəri və Qusar rayonunda yerləşir. Hərracda "Yevlax Kəndtəchizat" Açıq Səhmdar Cəmiyyətinin səhm paketi də satılıb.

Özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış ola bilərsiniz: (https://bit.ly/3u7D6ZU)

ƏMDX tərəfindən təşkil olunan hərraclarda iştirak etmək istəyən şəxslər xidmətin rəsmi saytına (“emlak.gov.az”) və ya Özəlləşdirmə portalına (“privatization.az”) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Sifarişçilərin hərraclara onlayn qoşulmaq imkanı da var.

Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (“e-emlak.gov.az”) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

Azvision.az


Teqlər: Əmlak   Özəlləşdirmə  





Xəbər lenti