Bir yaşlı Tunarın köməyə ehtiyacı var

Bir yaşlı Tunarın köməyə ehtiyacı var
  31 Mart 2021    Oxunub:4589
Bir yaşlı Tunar Bağırov SMA TiP 1 xəstəliyindən əziyyət çəkir. Bu, Azərbaycanda nadir hallarda rast gəlinən ölümcül əzələ xəstəliyidir. Tunar digər uşaqlar kimi əyləşə bilmir, hərəkətsiz şəkildə uzanır, qidanı zondla qəbul edir, çətinliklə nəfəs alır. Onun sağalması üçün xaricdə müalicə tələb olunur.
Xaricdə geniş yayılan SMA TiP 1 xəstəliyinin müalicəsi külli miqdarda vəsait tələb edir. Bu xəstəliyin müalicəsində istifadə olunan “ZolgenSMA” dərmanının qiyməti ABŞ və Avropada təxminən 2.4 milyon dollardır. Qonşu Türkiyədə həmin dərmana alternativ olaraq xaricdə qiyməti 125 min dollar olan ZolgenSMA iynəsindən istifadə edilir.

Tunarın ailəsinin maddi imkanı bu dərmanı almağa imkan vermir və körpənin həyatının xilas edilməsi üçün köməyə ehtiyacı var. İmkanlı və mərhəmətli insanlar təqdim etdiyimiz bank hesablarına vəsait köçürərək körpənin sağlamlığına qovuşmasına yardım edə bilərlər.

Kapital Bank: 4169-7413-8897-7967 BAGİROV TURAL
СБЕРБАНК: 5336-6903-3813-0216 Мамедова Сахиба
TR80-0020-3000-0880-7418-0000-01 TURAL BAGHİROV

Azvision.az



Teqlər: Uşaq   Körpə   Xəstəlik  





Xəbər lenti