5 şəhər və rayonda məktəblər niyə bağlandı? - Nazir açıqladı

 5 şəhər və rayonda məktəblər niyə bağlandı? -    Nazir açıqladı
  01 Aprel 2021    Oxunub:3064
Bu gün yoluxmanın üstünlük təşkil etdiyi ərazilərdə (Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonun) tədrisin distant formaya keçirilməsi ilə bağlı qərar qəbul edildi.
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Facebook"da yazıb. Nazir bildirib ki, son həftə ərzində olan yoluxmaların 80 %-dən çoxu bu bölgələrin payına düşür.

"Yoluxma hallarının daha az baş verdiyi yerlərdə tədris əyani formada həyata keçiriləcək, lakin yoluxma halları artdığı təqdirdə həmin ərazilərdə də tədrisin distant formaya keçirilməsi nəzərdə tutulur. Hörmətli təhsil ictimaiyyəti, məlum olduğu kimi, pedaqoji və texniki heyətin peyvənd olunması prosesi davam edir. Bir daha vurğulamalıyam ki, şagirdlərin davamlı öyrənməsi və təhsil müəssisələrinin mütəmadi fəaliyyətinin təmin edilməsində vaksinasiya mühüm faktordur. Hər birinizin bu məsələdə fəal iştirakını vacib hesab edirəm. Müəllimlərin və məktəblərdə işləyən digər şəxslərin qısa zaman ərzində peyvənd olunması ənənəvi təhsilə keçidi sürətləndirən mütləq məqamdır", - deyə E.Əmrullayev qeyd edib.

Azvision.az


Teqlər: Nazir   Təhsil  





Xəbər lenti