Ağacların məhv edilməsilə bağlı sənədlər hüquq-mühafizə orqanlarına göndərildi

Ağacların məhv edilməsilə bağlı sənədlər hüquq-mühafizə orqanlarına göndərildi
  03 Aprel 2021    Oxunub:2239
Bakı şəhəri, Ziya Bünyadov prospekti 1 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat əsasında aparılan araşdırma başa çatıb.
Azvision.az -ın məlumatına görə, Xidmətin rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı ərazidə 50-dək çinar, şam və leylandr ağaclarının kökündən çıxarılaraq məhv edildiyi və təbiətə 12 min manat məbləğində ziyan dəydiyi müəyyən olunub:

"Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib. Aparılan araşdırma zamanı o da məlum olub ki, ağaclar "Magistral Ekspres" ASC tərəfindən 2020-ci ildə əkilib. Ərazinin isə yüngül konstruksiyalı obyektlərin quraşdırılması məqsədilə "Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyinə verildiyi iddia olunur".

V.Cavadov qeyd edib ki, torpaq sahəsi ilə bağlı bir neçə müddətdir ki, tərəflər arasında məhkəmə çəkişməsi gedir: "Məhv edilmiş ağacların yerində artıq yeni ağaclar əkilib".

Azvision.az


Teqlər: Ağac   Məhv  





Xəbər lenti