Dilçilik İnstitutu vakant yer üçün müsabiqə elan etdi

Dilçilik İnstitutu vakant yer üçün müsabiqə elan etdi
  08 Aprel 2021    Oxunub:3509
Nəsimi adına Dilçilik İnstitutu vakant vəzifəni tutmaq üçün müsabiqə elan edib.
Bu barədə Azvision.az -a Dilçilik İnstitutundan məlumat verilib. Bildirilib ki, vakant yer institutun Nəzəri dilçilik şöbəsinin böyük elmi işçisi vəzifəsinə 1 ştat vahididir.

Müsabiqədə fəlsəfə və elmlər doktorları iştirak edə bilərlər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir.

Ünvan: Bakı şəhəri, H.Cavid prospekti, 117.

Azvision.az



Teqlər: Dilçilikİnstitutu  





Xəbər lenti