Daha 30 şəhid ailəsi və Qarabağ əlilinə mənzil verildi - FOTOLAR

Daha 30 şəhid ailəsi və Qarabağ əlilinə mənzil verildi -  FOTOLAR
  14 Aprel 2021    Oxunub:3183
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sabunçu rayonu, Ramana qəsəbəsində daha 30 şəhid ailəsi və müharibə əlilinə mənzillər təqdim edilib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, tədbirdə Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev və digər şəxslər iştirak ediblər.

Qeyd olunub ki, Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamı 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi ev verilməsini nəzərdə tutur. O cümlədən bu il üzrə də 3 minədək mənzil və fərdi ev veriləcək, onlardan artıq 260 mənzil təqdim edilib.

Ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə yüksək diqqət və qayğı göstərildiyi vurğulanıb. Bu gün həmin kateqoriyadan olan vətəndaşlara yeni mənzillərin təqdim edilməsinin də bunun bir nümunəsi olduğu bildirilib.

Ümumilikdə indiyədək şəhid ailələrinə, müharibə əlillərinə 9460 mənzil və fərdi ev verilib.

















Azvision.az


Teqlər: Qarabağ   Şəhid   Ev   ƏƏSMN  





Xəbər lenti