Şəhriyar və Teymur daha 5 turda mübarizə aparacaq

Şəhriyar və Teymur daha 5 turda mübarizə aparacaq
  25 Aprel 2021    Oxunub:2686
Bu gün dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının “New In Chess Classic” turnirinin növbəti turlarının oyunları keçiriləcək.
Şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovla yanaşı, yarışda Maqnus Karlsen, amerikalı şahmatçılar Uesli So, Leyner Dominqes, rusiyalı Sergey Karyakin, ermənistanlı Levon Aronyan, FIDE-ni təmsil edən Alireza Firuzca, Norveç təmsilçiləri Aryan Tari və Yoxan-Sebastyan Kristyensen, polşalı Yan-Kşıştof Duda, Vyetnam təmsilçisi Le Quanq Lyem və hindistanlılar Vidjit Santos və Rameşbabu Praqnanandha iştirak edir.

Bu gün şahmatçılarımız daha 5 turda mübarizə aparacaqlar. Belə ki, T.Rəcəbov H.Nakamura, A.Firuzca, Y.Duda, R.Praqnanandha, nəhayət, günün sonuncu turunda U.So ilə mübarizə aparacaq. Ş.Məmmədyarov isə 6-cı turda Q.Cons, sonra S.Karyakin, 8-ci turda L.Lyem və son iki turda L.Dominges və V.Santos ilə qarşılaşacaq.



Teymur Rəcəbov ötən 5 turun nəticəsinə görə, 4 xalla turnir cədvəlində birincidir. A.Firuzca və M.Karlsen 3,5 xalla sonrakı pillələrdə qərarlaşıblar. Şəhriyar Məmmədyarov isə 2,5 xal toplayıb.

Qeyd edək ki, 16 şahmatçının mübarizəyə qatıldığı və mayın 2-dək davam edəcək turnirdə ən güclü 8 şahmatçı pley-offa vəsiqə qazanacaq. “Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və 2021-ci ilin sentyabr ayınadək davam edəcək.

Azvision.az


Teqlər: ŞəhriyarMəmmədyarov   TeymurRəcəbov  





Xəbər lenti