Azərbaycan çempionatı başa çatdı

Azərbaycan çempionatı başa çatdı
  08 Mart 2014    Oxunub:1374
Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı başa çatdı.
“Sərhədçi” İdman Olimpiya Mərkəzində yeniyetmə və gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı başa çatıb.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, turnirin proqramına əsasən, çempionatın sonuncu günündə sərbəst güləş üzrə 50, 55, 60, 66, 74, 84, 96 və 120 kiloqram çəki dərəcələrində 157 gənc pəhləvan mübarizə aparıb.

Yarışda Arif Hüseynov (50 kq), Mircəlal Həsənzadə (55 kq), Vurğun Əliyev (60 kq), Murad Süleymanov (66 kq), Məhəmmədhacı Muxutov (74 kq), Nurməhəmməd Hacıyev (84 kq), Çermen Baqayev (96 kq) və Oyan Nəzərian (120 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Hər çəki dərəcəsində mükafata layiq yerlər tutan idmançılar medal və diplomla yanaşı, Azərbaycan Güləş Federasiyası tərəfindən pul mükafatı ilə də təltif olunur və yığma komandanın heyətinə cəlb edilirlər.


Teqlər:





Xəbər lenti