Beynəlxalq boks turnirinin finalçıları məlum oldu

Beynəlxalq boks turnirinin finalçıları məlum oldu
  09 Mart 2014    Oxunub:1440
Bakıda keçirilən boks üzrə beynəlxalq turnirdə finalçıların adları məlumdur.
Şağan Olimpiya İdman Kompleksində keçirilən boks üzrə "Böyük İpək Yolu" beynəlxalq turnirində finalçıların adları məlum olub.

AzVision.az Azərbaycab Boks Federasiyasına istinadən məlumat verir ki, həlledici döyüşlərdə ölkəmizi təmsil edən 6 boksçu da iştirak edəcək. İlk olaraq Tural Əhmədov (56 kq) final döyüşünə çıxacaq. Son Azərbaycan çempionatının qalibi yarımfinalda milli komandamızın sabiq kapitanı Rəhim Nəcəfovu məğlub edib. Onun qızıl medal uğrunda rəqibi qırğızıstanlı Bektur Otoqonov olacaq.

Kuba əsilli Lorenzo Sotomayor isə (64 kq) mübarizəsiz finala yüksəlib. Onun rəqibi yarımfinal döyüşünə çıxmayıb. L.Sotomayor finalda gürcü İrakli Melikaşvili ilə üz-üzə gələcək.
Digər boksçularımızdan Kamran Şahsuvarlı (75 kq), Jaba Xositaşvili (81 kq), Heydər Heydərov (91 kq) və Denis Latipov (91+kq) da finala vəsiqə qazanıblar.

49 kq
Cavid Dadaşov (Azərbaycan) 1:2 Denis Kozaruk (Ukrayna)
Hacıbaba Fərziyev (Azərbaycan) 0:3 Turat Osmonov (Qırğızıstan)

52 kq
Janibek Musayev (Qırğızıstan) 0:3 Zarid Jumayev (Türkmənistan)
Şatlık Muradov (Türkmənistan) - Oldjas Satibayev (Qazaxıstan) - O.Satibayev qalib gəlib

56 kq
Rəhim Nəcəfov (Azərbaycan) 0:3 Tural Əhmədov (Azərbaycan)
Bektur Otoqonov (Qırğızıstan) 2:1 Mixail Lunkin (Rusiya)

60 kq
Qoqa Gelaşvili (Gürcüstan) 0:3 Aşxat Nametkerim (Qazaxıstan)
Zakir Safiullin (Qazaxıstan) 3:0 Akzol Suleymanbekuğlu (Qırğızıstan)

64 kq
İrakli Melikaşvili (Gürcüstan) 3:0 Fərid İsmayılov (Azərbaycan)
Əbdulcabbar Həsənov (Azərbaycan) - Lorenzo Sotomayor (Azərbaycan) - L.Sotomayor qalib gəlib
69 kq
İqor Xaritonov (Rusiya) - Sadaqat Raxmankulov (Qazaxıstan) Xaritonov qalib gəlib
Romal Aslanov (Azərbaycan) 1:2 Gela Abaşidze (Gürcüstan)

75 kq
Pərviz Hüseynov (Azərbaycan) 1:2 Tomas Pivorun (Litva)
Kamran Şahsuvarlı (Azərbaycan) 3:0 Qoça Baduraşvili (Gürcüstan)

81 kq
Toxtap Ospan (Qazaxıstan) - Jaba Xositaşvili (Azərbaycan) - J.Xositaşvili qalib gəlib
Dauren Yeleusinov (Qazaxıstan) 2:1 Roman Tavadze (Gürcüstan)

91 kq
Tadas Tamaşauskas (Litva) 2:1 Omar Omarov (Azərbaycan)
İrakli Qvenetadze (Gürcüstan) 0:3 Heydər Heydərov (Azərbaycan)

91+kq
Denis Latipov (Azərbaycan) 3:0 Asəf Aslanlı (Azərbaycan)
Mixail Baxtidze (Gürcüstan) 3:0 Xoziakber Mamakov (Rusiya)

Bundan başqa, Almaniyanın Hamburq şəhərində boks üzrə qadınlar arasında beynəlxalq turnir keçirilir. 11 ölkənin 85 boksçusunun mübarizə apardığı yarışda Azərbaycan idmançıları da iştirak edirlər. Beynəlxalq qadınlar günündə boksçularımız uğurla çıxış edərək, özlərinə gözəl hədiyyə ediblər. Belə ki, milli komandamızın 8 üzvü yarımfinala vəsiqə qazanıb. 81 kq çəki dərəcəsində mübarizə aparan Aynur Rzayevanın qələbəsi daha əlamətdar olub. O, litvalı rəqibini 3-cü raundda nokauta salıb. Rzayevadan başqa, Anaxanım Ağayeva, Aliyə Vəlizadə, Məryəm Cəbrayılova, Alina Hacıyeva, Anna Əlimərdanova, Yana Alekseyeva və Leyla Həsənova da yarımfinala yüksəliblər. Yarımfinal döyüşləri martın 9-da keçiriləcək.


Teqlər:





Xəbər lenti