Araz Abdullayev sərbəst buraxıldı

Araz Abdullayev sərbəst buraxıldı
  29 Mart 2013    Oxunub:2181
Maşınla iki qadını vurmuş Araz Abdullayev “Neftçi”nin prezidentinin zaminliyi ilə sərbəst buraxılıb.
“Araz Abdullayevin başına gələnləri heç kimə arzulamıram. Belə hadisənin baş verməsini heç kim istəməz”.

Bu açıqlamanı apasport.az saytına “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov verib.

Qeyd edək ki, “Neftçi” klubunun şərəfini qoruyan Araz Abdullayev dünən komandanın bazasına məşqə gələrkən idarə etdiyi maşınla Nobel prospektində Xətai rayon MKİS-in 2 işçisini vurub. Qadın süpürgəçilərdən biri hadisə yerində dünyasını dəyişib, digəri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Sadıq Sadıqovun sözlərinə görə, hazırda Araz Abdullayev sərbəst buraxılıb: “Araz polis bölməsində dindirildikdən sonra sərbəst buraxılıb. Heç yerə qaçası deyil. Mənim zaminliyimlə sərbəst buraxılıb. Hazırda istintaq gedir. İstintaqın gedişi sirr saxlanılır. Bu üzdən prosesin necə getdiyindən xəbərsizəm”.



Teqlər:  





Xəbər lenti