Mançesterdə yunanlara futbol dərsi

Mançesterdə yunanlara futbol dərsi
  20 Mart 2014    Oxunub:1199
Van Persi şousu və ya Mançesterdə yunanlara futbol dərsi.
EFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, "Mançester Yunayted" ilk oyunda 0:2 hesabı ilə məğlub olduğu Yunanıstanın "Olimpiakos" klubunu qəbul edib.

Robin van Persi 25-ci dəqiqədə penalti zərbəsini dəqiq yetirərək ingilisləri hesabda önə çıxarıb. İlk hissənin son dəqiqəsində isə R.Persi dubla imza atıb. İkinci hissənin əvvəlində isə het-trik qeydə alınıb - 3:0. Yunanlar hesabı dəyişə bilməyiblər.

Dortmund "Borussiya"sı isə səfərdə 4:2 hesabı ilə qalib gəldiyi "Zenit"i sınağa çəkib. Matçda ilk qol gözlənilmədən ruslardan gəlib - 16-cı dəqiqədə Halk fərqlənib. 38-ci dəqiqədə Kel hesabı bərabərləşdirib.

73-cü dəqiqədə Xose Salomon Rondon peterburqluları yenidən önə keçirib - 1:2. Matç elə bu hesabla da başa çatıb.

Beləliklə, "Mançester Yunayted" və "Borussiya" da adlarını 1/4 finala yazdırıblar.


Teqlər:





Xəbər lenti