Böyükağa Hacıyev kapitanın cəzasından danışdı

Böyükağa Hacıyev kapitanın cəzasından danışdı
  21 Mart 2014    Oxunub:1027
AzVision.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına açıqlamasında kapitan Rəşad Sadiqovun aqibəti ilə bağlı danışıb:

"Rəşad yaxşı futbolçudur. Komandanın lideri və kapitanıdır. Etiraf etmək lazımdır ki, son zamanlar özünə bənzəmir. Rəşad bilməlidir ki, oyunu ilə həm komandanın, həm də rəhbərliyin etimadını doğrultmalıdır. Zəif oynadığına görə onu əvəzedicilərin komandasına göndərilməsi qərara alınıb. Deyəsən, o, hələ əvəzedicilərlə məşqə çıxmayıb. Yaxşı olar ki, bir müddət onlarla hazırlaşsın. Formasını bərpa etsin və komandaya qayıtsın. “Neftçi”də oynayan hər bir futbolçu oyuna görə məsuliyyət daşıyır".


Teqlər:





Xəbər lenti