Şumaxer 20 kilo arıqlayıb

Şumaxer 20 kilo arıqlayıb
  22 Mart 2014    Oxunub:1406
Dekabrın 29-dan komada olan “Formula – 1” çempionu Mixael Şumaxer 20 kq arıqlayıb.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Fransanın Meribel əyalətində dağda xizək sürərkən yıxılan və beyni zədələnən məşhur pilotun bu qəzadan əvvəl çəkisi 75 kq idi. Ancaq hazırda onun çəkisi 55 kq-dır.

Şumaxerin həkimi komada olan xəstələrin arıqlamasını normal hesab edib. Ancaq o, idmançının bəzi əzələrinin hərəkət etmədiyi üçün iş qabiliyyətini itirdiyini deyib.


Teqlər:  





Xəbər lenti