Güləşçilərimiz 5 medal qazandı

Güləşçilərimiz 5 medal qazandı
  22 Mart 2014    Oxunub:1051
Bolqarıstanın Plovdiv şəhərində güləş üzrə Petko Sirakov və İvan İliyevin xatirəsinə 17-ci beynəlxalq turnir keçirilir.
Güləşçilərimiz 5 medal qazanıblar. AzVision.az -ın Azərbaycan Güləş Federasiyasının saytına istinadən verdiyi məlumata görə, Bolqarıstanın Plovdiv şəhərində güləş üzrə Petko Sirakov və İvan İliyevin xatirəsinə 17-ci beynəlxalq turnir keçirilir. Turnirdə sərbəst, yunan-Roma və qadın güləşi üzrə gənclərdən ibarət yığma komandalarımız da iştirak edir.

Turnirin ilk günündə güləşçilərimiz 2 qızıl və 3 gümüş medala sahib olub.

Gənc qızların yarışında Solmaz Həşimzadə (55 kq) bütün rəqibləridən üstün olub və turnirin qızıl medalını qazanıb. Türkan Nəsirova (44 kq) isə gümüş medalla kifayətlənib.

Yunan-Roma güləşçilərimiz də turnirin ilk günündə inamlı təsir bağışlayıb. Ən ağır çəkidə təmsilçimiz Hacımurad Çöpsiyev (120 kq) bütün rəqiblərini məğlub edərək qızıl medala, Orxan Məmmədli isə (66 kq) final görüşünü uduzaraq gümüş medala sahib olub.

Sərbəst güləşçilərin mübarizəsində Səid Həmidov (96 kq) yalnız finalda uduzaraq gümüş medala yiyələnib. Kənan Əliyev (74 kq) və Çermen Baqayev (96 kq) beşinci olub.


Teqlər:





Xəbər lenti