Qaydaları pozan sürücü və piyadaların sayı açıqlanıb

Qaydaları pozan sürücü və piyadaların sayı açıqlanıb
  18 Oktyabr 2021    Oxunub:1120
Azərbaycanda cari ilin 9 ayı ərzində qaydaları pozan sürücü və piyadaların sayı açıqlanıb.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) AzVision.az -a bildirilib ki, yol-nəqliyyat hadisələrinin 1 130-u, yəni 96.5%-i qaydaların sürücülər tərəfindən pozulması səbəbindən baş verib.

"Belə qayda pozuntuları əsasən nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi (475), qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə (360), yolayrıclarını keçmə (116), nəqliyyatın sərxoş vəziyyətdə idarə edilməsi (14), sükan arxasında yatma (9) halları ilə bağlı olub.

Sürücülərlə yanaşı, piyadalar tərəfindən də yol hərəkəti qaydalarının pozulması, xüsusilə yolun nəzərdə tutulmayan yerlərdən keçilməsi hallarının davam etməsi səbəbindən cari ilin 9 ayı ərzində 483 piyada vurma hadisəsi qeydə alınıb ki, bu da respublika üzrə ümumi hadisələrin 41.2%-ni təşkil edir", - BDYPİ-nin məlumatında qeyd edilib.

AzVision.az


Teqlər: DYP  





Xəbər lenti