Əfsanəvi futbolçu Pele ölüb?

Əfsanəvi futbolçu Pele ölüb?
  29 Mart 2014    Oxunub:1829
Pelenin ölümü ilə bağlı xəbərlər mart ayının 26-dan etibarən yayılmağa başlayıb
AzVision.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bir sıra internet xəbər saytlarında və sosial şəbəkələrdə əfsanəvi futbolçu 73 yaşlı Pelenin ölümü ilə bağlı xəbərlər yayılıb.

Pelenin ölümü ilə bağlı xəbərlər mart ayının 26-dan etibarən yayılmağa başlayıb.

Facebook istifadəçilərindən biri səhifəsində əfsanəvi futbolçunun öldüyünü yazıb və bu xəbəri 1 milyona yaxın insan bəyənib.

Dünyanın aparıcı və nüfuzlu xəbər saytları Pelenin ölümü ilə bağlı heç bir məlumat dərc etməyib.

Pelenin mətbuat katibi əfsanəvi futbolçunun ölümü ilə bağlı yayılan xəbərləri təkzib edib və onun sağ-salamat oldğunu bildirib.


Teqlər:  





Xəbər lenti