"Neftçi" "Xəzər Lənkəran"ı məğlub etdi - Video

"Neftçi" "Xəzər Lənkəran"ı məğlub etdi - Video
  30 Mart 2014    Oxunub:1463
AzVision.az xəbər verir ki, Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində "Neftçi" "Xəzər Lənkəran"ı qəbul edib.

Oyun gözlənildiyi kimi istər meydançada, istəsə də azarkeşlərin oturduğu tribunada gərgin başlayıb. Belə ki, oyunun 30-cu dəqiqəsində “Neftçi” azarkeşlərinin oturduğu sektorda əlbəyaxa dava düşüb. Təhlükəsizlik əməkdaşları hadisəyə müdaxilə ediblər. Yaşıl meydanda da oyunçular arasında gərginlik başlayıb. Meydanda qol vurulmasa da, futbolçular arasında ciddi qayda pozuntuları yaranıb.

FHN-nin, Daxili Qoşunların və DİN-in əməkdaşları arenanı "üzük qaşı" kimi dövrəyə alıblar.

Polis bir neçə "Neftçi" azarkeşini stadiondan uzaqlaşdırıb. Həmin azarkeşlər stadionun ərtafında "Xəzər Lənkəran"ın ünvanına təhqiredici ifadələr səsləndirdikləri üçün, polis əməkdaşları onları həmin sahədən də çıxardıb. Azarkeşlər bundan əlavə polis və "Neftçi" rəhbərliyinin ünvanına da nalayiq ifadələr səsləndiriblər.

Oyun gərgin keçdiyi üçün futbolçular da hakimin əksər qərarı ilə razılaşmayıblar. "Neftçi"nin futbolçusu Mahir Şükürov bu baxımdan daha fəal görünüb. O, yan xətt hakiminə yaxınlaşaraq "Görmürsən, a kişi?!" deyərək, etirazını bildirib.

Oyunda isə sükütü “Neftçi” pozub və 78-ci dəqiqədə Nfor komandasını önə çıxarıb: 1-0. Həlledici görüşə 4 dəqiqə əlavə edilsə də tablodakı rəqəmlər dəyişməyib və beləliklə "Xəzər Lənkəran” minimal hesablı məğlubiyyətlə üzləşib. Seninən tərəf isə "Neftçi" olub.

Xatırladaq ki, 8-ci km qəsəbə stadionunda baş tutan qarşılaşmanı Orxan Məmmədovun rəhbərlik etdiyi hakimlər briqadasının idarə edib.





Teqlər:





Xəbər lenti