Müharibənin 7-ci gününün qısa icmalı – Hərbi analitik şərh edir

   Müharibənin 7-ci gününün qısa icmalı –    Hərbi analitik şərh edir
  02 Mart 2022    Oxunub:4623
Hərbi analitik, "M5 Müdafiə və Strategiya" jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Ruslan İmamquliyev Ukraynadakı döyüşlərin bu günə qədərki nəticələrini təhlil edib. Onun qənaətinə görə, 02.03.2022 tarixinə olan vəziyyətin qısa icmalı belədir:
1. Diplomatik olaraq heç bir irəliləyiş yoxdur. Dünyanın Ukraynaya rəğbəti hər keçən gün artır. Avropa Parlamenti Brüsseldə təcili toplantı keçirdi və Ukraynanın qurumun üzvlüyünə namizədliyini tanıdı. Bir çox Avropa dövlətləri aşkar şəkildə köməkllərini əsirgəmirlər. Ukrayna beynəlxalq dirəniş ordusu qurmaq üzrədir.

2. İnformasiya müharibəsi sahəsində Rusiya sadəcə öz sərhədləri daxilində təsirlidir. Maraq dairəsində heç bir imkan və qabiliyyəti yoxdur. Ölkənin daxilində belə, digər resurslardan alınan məlumatlar əsasında xalqda ciddi narahatlıqlar yaranır.

3. Rusiya hərbi obyektlər əvəzinə mülki binalara xətər yetirir. Bu da müharibə sahəsindən yetərli məlumat almadıqları üçün uzaqvuran raket və artilleriya vasitələrilə dağıntılar yaradaraq, sivil əhali arasında xaos yaratmağa hesablanıb. Bütün bunlara baxmayaraq, yaxın məsafəli döyüşdə rus ordusu ciddi müqavimətlə qarşılaşır. Hər iki tərəfdə də ciddi itkilər var. Rus ordusunda ruh düşkünlüyü, Ukrayna insanında isə ümumi olaraq nifrət və qətiyyət müşahidə olunur.

4. Rusiyanın havada üstünlük əldə etməsi imkansız kimi görünür. Döyüş sahəsindən məlumat almaq üçün yetərli funksional vəziyyətdə təchizat və vasitələri qalmayıb. Bir çox rus diversatları aşkarlanaraq, məhv edilib.

5. Yaşayış məntəqələrinin ətrafında bir neçə eşalon üzrə müdafiə xətləri qurulub. Xalq fərdi silahlar və yüngül tank əleyhinə vasitələrlə silahlandırılaraq, ehtiyat qüvvələrin sayı ehtimal olunandan on qat artırılıb. Bu səbəblə hücum əməliyyatlarını icra edən rus qoşunlarının sayı taktiki əsaslarda yetərli deyil.

6. Radioelektron mübarizədə tam üstünlük Ukraynadadır. Rabitə vasitələrindən effektiv istifadə edə bilməyən rus birləşmələri əməliyyatların icrasında qərar vermədə ciddi çətinliklə qarşılaşırlar. Bölmələr kiçik qruplar halında mərkəzdən qopmuş vəziyyətdə idarəolunmaz vəziyyətdədirlər.

7. Rus ordusu artıq maddi və texniki təminat vasitələri baxımından tükənmiş vəziyyətdədir. Əsas təminat yolları Ukrayna ordusunun nəzarətindədir. Texnikalar ya hərəkət edə bilmir ya da istifafə etməyə döyüş sursatları yoxdur. Siyasi rəhbərlik “irəli” deyir, generallar isə düşdükləri vəziyyətdən çıxış yolu axtarırlar.

AzVision.az


Teqlər: Ukrayna   Rusiya  





Xəbər lenti