“Location”dakı partlayışda yaralanan əcnəbi İtaliyaya aparıldı
Başından zədə alan Miçelle Ballerinin müalicə üçün İtaliyaya göndərildiyi bildirilir. Hadisə zamanı “Room” restoranının önündə dayanan italiyalı mühəndisin başına partlayışın təsirindən qoparaq uçan taxta dəymişdi. Həmin anın görüntüləri “Room” restoranının təhlükəsizlik kameralarına da düşmüşdü. Qeyd edək ki, "Saipem" şirkəti Azərbaycanda BP-nin əsas podratçılarından biridir.(Qafqazinfo)
AzVision.az
Teqlər: Partlayış