Bacısı və dayısı oğlunu bıçaqlayanın istintaqı başa çatdı

Bacısı və dayısı oğlunu bıçaqlayanın istintaqı başa çatdı
  11 May 2022    Oxunub:916
Qəbələdə iki nəfəri öldürməyə cəhddə təqsirləndirilən şəxsin istintaqı başa çatıb.
Qəbələ rayon prokurorluğundan AzVision.az -a verilən xəbərə görə, 23 oktyabr 2021-ci il tarixdə Qəbələ rayonu, Zarağan kəndində Gülnarə Qəribovaya və dayısı oğlu Murad Musazadəyə bıçaqla xəsarətlər yetirilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

Aparılmış istintaqla Ağdaş rayon sakini Sədi Qəribovun qeyd edilən tarixdə Zarağan kəndində yaşayan qohumuna məxsus evdə bacısı Gülnarə Qəribova və dayısı oğlu Murad Musazadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirərək onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Sədi Qəribov Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

AzVision.az



Teqlər: İstintaq  





Xəbər lenti