Bakıda bazarda dava: Əkiz qardaşlar döyüldü

   Bakıda bazarda dava:   Əkiz qardaşlar döyüldü
  16 May 2022    Oxunub:2011
Bakının Binəqədi rayonunda dava zamanı 3 nəfər ağır xəsarət alıb.
Hadisə avtomobil ehtiyat hissələri bazarında qeydə alınıb. Avtomobil ehtiyat hissəsi mağazasının satıcıları - 1994-cü il təvəllüdlü Zöhrabov Elnur Əziz oğlu, 1997-ci il təvəllüdlü Əliyev Fikrət Əziz oğlu və onun əkizi Əli mağazanın müştəriləri tərəfindən döyülərək ağır bədən xəsarətləri alıb.

Hər üç yaralı müxtəlif bədən xəsarətləri aldığından 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib. Qarşıdurma ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları iki nəfəri saxlayıb. Faktla bağlı cinayət işi başlanılıb.(APA)

AzVision.az



Teqlər: Dava  





Xəbər lenti