Gəncənin yeni zavodları – FOTOSESSİYA

Gəncənin yeni zavodları – FOTOSESSİYA
  05 Aprel 2013    Oxunub:17716
Son vaxtlarda Gəncə şəhərində bir sıra yeni istehsalat obyektləri tikilib və yenidən qurulub.
Onladan biri olan Gəncə Alüminium zavodu kompleksi ən yüksək texnoloji, ekoloji və keyfiyyət standartlarına cavab verir.

Burada həmçinin yeni Pelet zavodunun, Polad Kompleksinin və “DRI” zavodunun tikintisinə 630 milyon dollar həcmində investisiya yönəldiləcək, 2016-cı ildə layihələrin tam icrası 5 mindən çox yeni iş yerinin yaranmasına imkan verəcək.

“Gəncə Əlvan Metal emalı” ASC-də istehsal gücü 2 min ton olan horizontal basqı gücünə malik olan presin qurulması işləri davam etdirilir. Bu alüminium və mis prokatını boru və çubuq vəziyyətində istənilən ölçü və formada istehsal etmək imkanı yaradacaq.

Müdafiə Sənayesi Nazirliyinin Maşınqayırma zavodunda “Palıd-G” obyekti ən müasir tələblər səviyyəsində yenidən qurulur.

Gəncə-Qənnadı” ASC-nin Süd emalı zavodunda müasir avadanlıqlar quraşdırılıb. “ELBA Kəsim və Emal Fabrikası” MMC-nin tikintisi davam etdirilir. “Neon” firmasında gündəlik istehsal gücü 25 ton olan ən müasir Çörək zavodunun inşası başa çatdırılıb.
“Gəncə Şərab-2” ASC-də yeni spirt istehsalı emal sahəsində işlər davam etdirilir.

“Gəncə Aviaekologiya” MMC-də gündəlik istehsal gücü 20 min ədəd kərpic istehsalı olan yeni avadanlıqlar quraşdırılır.

“İnter-Pak” MMC-də illik istehsal gücü 0,6 min ton meyvə şirəsi, 0,4 min ton mürəbbə istehsal etmək gücünə malik meyvə və tərəvəz emalı sahələri, 300 ton tutumlu Almaniya istehsalı olan yeni soyuducu kamera tikilib.

Qalereya




Teqlər:





Xəbər lenti