Boksçularımız dünya birinciliyinin yarımfinalında

Boksçularımız dünya birinciliyinin yarımfinalında
  22 Aprel 2014    Oxunub:1060
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə gənclər arasında dünya birinciliyində ¼ final mərhələsinə start verilib.
AzVision.az Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, ilk olaraq bolsçularımızdan 49 kq çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov rinqə çıxıb. Həmyerlimiz gərgin mübarizədə amerikalı Niko Hernandezi məğlub edib - 2:1. Beləliklə, boksçumuz yarımfinala vəsiqə qazanaraq dünya birinciliyinin medalını özünə təmin edib.

R.Hüseynovdan sonra daha 2 boksçumuz ¼ final mərhələsinin döyüşlərini keçirməli idi. Ancaq gənclər arasında Avropa çempionu Cavid Quliyev xəstələndiyindən İtaliya boksçusu Vinçenzo Areççia ilə döyüşə çıxa bilməyib.

91 kq çəki dərəcəsində mübarizə aparan Şükran Mehdiyev isə xorvatiyalı Toni Filipiyə uduzaraq mükafatçılar sırasına düşə bilməyib - 1:2.

52 kq çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə (52 kq) gərgin mübarizədə Bolqarıstan boksçusu Daniel Asenov üzərində qələbə qazanıb. Milli komandamızın üzvü dünya birinciliyinin medalını təmin etməklə yanaşı, yeniyetmələrin II Olimpiya oyunlarına da lisenziya qazanıb.

Axşam proqramında daha 2 boksçumuz rinqə çıxacaq.


Teqlər:  





Xəbər lenti