`Qarabağ`ardıcıl üçüncü dəfə xal itirdi

`Qarabağ`ardıcıl üçüncü dəfə xal itirdi
  03 May 2014    Oxunub:1061
Bu gün Azərbaycan Premyer Liqasında 33-cü tura yekun vurulub
Məlumatına görə, turun ilk oyununda çempionatın lideri "Qarabağ" klubu "Bakı"nın qonağı olub. Görüşdə qapılara qol vurulmayıb - 0:0.

Ağdam təmsilçisi artıq ardıcıl üçüncü oyundur ki, xal itkisi ilə üzləşir.

"Neftçi" öz meydanında "Qəbələ"ni qəbul edib. 50-ci dəqiqədə Cavid İmamverdiyev hesabı açsa da, qonaqlar 13 dəqiqə sonra Dodonun qolu ilə tarazlıq yaradıblar. Oyunun son dəqiqəsində isə Ebesilio "Qəbələ"nin qələbə qolunu vurub - 1:2.

"İnter" "Bakıda "Sumqayıt"la qarşılaşıb. "Bankçılar" Aleksandr İaşvili və Vaqif Cavadovun qolları ilə 2:0 hesablı qələbə qazanıblar.

AZAL səfərdə "Simurq"un qonağı olub. Oyunda qol qeydə alınmayıb - 0:0.

"Rəvan" isə Lənkəranda darmadağınla üzləşib. "Xəzər Lənkəran" E.Ribeiro, D.Blajevski, E.Abdullayev və Etame Mbillanın qolları ilə rəqibini 4:0 hesablı ağır məğlubiyətə uğradıb. (Trend)


Teqlər:





Xəbər lenti