Azərbaycanın qadın güləşçisi 5-ci yeri tutub

 Azərbaycanın qadın güləşçisi 5-ci yeri tutub
  14 Sentyabr 2022    Oxunub:793
Azərbaycanın qadın güləşçisi Elis Manolova Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında bürünc medal görüşünə çıxıb.
65 kq-da mübarizə aparan idmançı fransalı Kumba Larrokla qarşılaşıb. Rəqibinə 2:3 hesabı ilə uduzan Manolova yekunda 5-ci yeri tutub.

Sentyabrın 16-da 57 kq-da yer alan Jalə Əliyeva da 3-cü yer uğrunda görüşdə qüvvəsini sınayacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.


Teqlər:





Xəbər lenti