Baş nazir: “Real”ın çempion olmasını istəyirəm

Baş nazir: “Real”ın çempion olmasını istəyirəm
  06 May 2014    Oxunub:1175
İspaniyanın Baş naziri Mariano Rahoy “Çempionlar Liqası”nın finalı barədə danışıb.

Bu barədə AzVision.az İspaniya KİV-nə istinadən məlumat verir.

“Hesab edirəm ki, İspaniya klublarının qarşılaşacağı final oyununun stadiondan izləmək mənim borcumdur” - deyə, Rahoy bildirib.

Baş nazir Madridin “Atletiko” klubunun möhtəşəm mövsüm keçirdiyini vurğulayıb: “Onlar çempionata emosiya və güc əlavə etdilər. “Atletiko”ya hörmətlə yanaşıram, lakin final da məhz “Real”ın qalib gəlməsini istəyirəm.

Qeyd edək ki, “Real” – “Atletiko” oyunu may ayının 24-də Portuqaliyanın Lissabon şəhərində keçiriləcək.


Teqlər:





Xəbər lenti