Bu gün Bakıda dünya çempionatına start veriləcək

Bu gün Bakıda dünya çempionatına start veriləcək
  08 Noyabr 2022    Oxunub:750
Bu gün Bakıda paracüdo üzrə dünya çempionatına start veriləcək. AzVision.az xəbər verir ki, noyabrın 10-dək davam edəcək çempionatda 41 ölkədən paracüdoçular tatami üzərinə çıxacaqlar.
Heydər Əliyev İdman Konsert Kompleksində təşkil olunacaq çempionatda ölkəmizi 13 cüdoçu - İsmayıl Muradov (60 kq J1), Amil Əliyev (73 kq J1), Hüseyn Rəhimli (73 kq J2), Namiq Abaslı (73 kq J2), Zakir Mislimov (90 kq J1), İlham Zəkiyev (+90 kq J1), Kənan Abdullaxanlı (+90 kq J2), Əsma İbrahimova (48 kq J2), Şəhanə Hacıyeva (48 kq J2), Vəfa Seydova (57 kq J1), Xanım Hüseynova (70 kq J2), Xatirə İsmiyeva (+70 kq J1) və Dürsədəf Kərimova (+70 kq J2) təmsil edəcək.

Qeyd edək ki, sentyabrda çempionatının loqosu, medalları və maskotu ictimaiyyətə təqdim olunub. Yarışın açılış mərasimi 8 Noyabr - Zəfər Gününə təsadüf etdiyindən, loqoda xarıbülbülün rənglərinə yer verilib. Səkkizguşəli ulduz formasında olan medalların üst tərəfində yarışa ev sahibliyi edəcək ölkənin adı və cüdoçuların fotoları yer alıb. Dünya çempionatının maskotu isə “Yenilməz” adlanır. Maskot Azərbaycan idmançılarının mübarizliyini əks etdirən alovlu oğlanı xatırladır.

AzVision.az



Teqlər: Bakı   Dünya-Çempionatı  





Xəbər lenti