İlklərin yaşanacağı dünya çempionatı: Qətərə giriş “Hayya” kartı ilə olacaq

  İlklərin yaşanacağı dünya çempionatı:  Qətərə giriş “Hayya” kartı ilə olacaq
  15 Noyabr 2022    Oxunub:1085
Dünyanın ən böyük bayramlarından biri olan və dörd ildən bir keçirilən Futbol üzrə Dünya Çempionatına sayılı günlər qalıb. Qətərin ev sahibliyini etdiyi çempionatda 32 ölkə və komanda yer alacaq. Oyunlar 20 noyabr-18 dekab tarixlərində baş tutacaq. Qətər Orta-şərqdə oyunlara ev sahibliyi edən ilk ərəb ölkəsi kimi tarixə düşəcək.
Qətər eyni zamanda digər ilklərlə də yaddaşlarda həkk olunacaq. Belə ki, illərdir böyük təbirlər üçün investisiyalar xərcləyən və hazırlıqlar edən ölkə idarəçiliyi izləyicilərə fərqli təcrübələr təqdim etməyi planlayır.

Dünyanın bir çox ölkəsindən gələcək futbolsevərlər Qətərdə müxtəlif imkanlardan yararlanacaq. Burada izləyiciləri müasir stadionlardan əlavə, əyləncə məkanları, mədəni və fərqli fəaliyyətlər gözləyir. Hazırlıqlar çərçivəsində Qətər 1 noyabr- 23 dekabr tarixlərində dünya çempionatının izləyənlərdən başqa digər şəxslərin ölkəyə girişini məhdudlaşdırıb.



Stadionun temperaturu 20 dərəcə endiriləcək

Bu turnirin digər turnirlərdən fərqi ilk dəfə Dünya çempionatının payız və qış aylarında keçirilməsidir. Əvvəlki oyunlar iyun və iyul aylarında keçirilmişdi. Bu aylarda Qətərdə havanın temperaturu 50 dərəcəyə çatdığı üçün oyunun tarixi noyabr və dekabr aylarına dəyişdirilib. Bu dövrdə Avropa liqası öz matçlarını dayandıracaq. Dünya çempionatı bitdikdən sonra oyunlara davam edəcək.

Yarı avtomatik ofsayd sistemi ilk dəfə istifadə ediləcək

Futbolun gələcəyini dəyişəcək avtomatik ofsayt sistemi ilk dəfə Qətərdə istifadə ediləcək. FİFA da bu texnologiaydan istifadə xəbərini açıqlayıb. Avtomatik texnologiya hakimlərə daha cəld, doğru və dəqiq qərar verməyə kömək edəcək.

Turnirdə iştirak edən izləyicilər sayı və yataq tutumu artırılmış otellərdə gecələyəcək. Turnirdə qadın hakimlər də iştirak edəcək.



20 noyabr- 18 dekabr tarixlərində keçiriləcək turnirdə son dəfə 32 komanda iştirak edəcək. 4 komandadan ibarət 8 qrupda ən azı 3 matç oynanılacaq. Seçmə mərhələsindən keçən 16 komanda dörddə bir və yarı finala yüksələcək.

Bütün oyunlar Dohadakı 8 stadionda keçiriləcək və stadionlara metro ilə asanlıqla çatma imkanı olacaq. 2018-ci ildə Rusiyada baş tutan Dünya çempionatının oyunları 11 şəhərdə keçirilmişdi.

Oyunları izləmək üçün artq 3 milyon bilet satılıb. Turnirə ən çox tələb ABŞ, Səudiyyə Ərəbistan, İngiltərə, Meksika, Birləşmiş Ərəb Əmirlikləri, Argentina, Fransa, Braziliya və Almaniyadan olub. Ölkəyə xaricdən ən azı 1,5 milyon tərəfdarın gəlməsi gözlənilir. Dünya çepionatının biletinin qiymətləri 70 -1000 dollar arasında dəyişir.

Qətər böyük tədbirə ev sahibliyinə hazırlaşarkən yeni yollar, ictimai nəqliyyat xidmətləri, otellər, idman təsisləri, muzeylər və texnoloji mərkəzləri inşa etmək üçün təxminən 250 milyard dollar xərcləyib Bu xərclərlə Qətər həm Dünya çempionatı, həm də digər tədbirlər arasında ən zirvəyə yüksəlib.

Daha əvvəl Çin 2008-ci il Pekin Yay Olimpiya Oyunları üçün təxminən 40 milyard dollar, 2014-cü il Soçi Qış Oyunları üçün Rusiyaya 50 milyard dollar və 2014-cü ildə Braziliyada keçirilən Dünya Çempionatına 15 milyard dollar xərcləyib.

Ölkəyə giriş “Hayya” kartı ilə olacaq

Dünya çempionatını izləmək üçün ölkəyə giriş “Hayya” adı verilən xüsusi vəsiqə ilə mümkün olacaq. “Hayya kart” oyunları izləmək üçün bilet alaraq gələnləri müəyyən etmək və onların Qətər təcrübələrini artırmağa istiqamətlənmiş müxtəlif xidmətləri asanlaşdırmaq üçün istifadə ediləcək.

Dünya Kuboku dövründə Qətər vətəndaşları, iş vizası olanlar, Körfəz ölkələri vətəndaşları və humanitar vəziyyətlərdə olanlar üçün Hayya kart müraciəti tələb olunmayacaq.

Sima Cəfərova
AzVision.az


Teqlər:





Xəbər lenti