Qətər Ekvadorla bugünkü oyunu satın alıb?

   Qətər Ekvadorla bugünkü oyunu satın alıb?
  20 Noyabr 2022    Oxunub:941
Qətər millisinin baş məşqçisi Feliks Sançes dünya çempionatının açılış oyununda uduzmaq üçün qətərlilərin Ekvador millisinin bir neçə futbolçusuna rüşvət verməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.
AzVision.az ESPN-ə istinadən xəbər verir ki, oyunla bağlı keçirilən mətbuat konfransında F.Sançes bununla bağll sualı da cavablandırıb. O deyib:

"İnternet əla vasitədir, lakin məncə, bu, çox təhlükəlidir. Orada çoxlu yalan məlumat var. Biz uzun illərdir bu yarışa hazırlaşırıq. Komandamız birdir. Güclü və bir. Heç kim bu tənqidlə bizdəki sabitliyi poza bilməz. Bu söhbətlər heç bir şəkildə bizə təsir etməyəcək.

Komandamız həyəcanlı, motivasiyalı və ilk dünya çempionatında oynamaqdan xoşbəxtdir. Biz oyuna necə hazırlaşmaq, emosiyalarımızı idarə etmək üzərində köklənmişik və başqa şeyləri nəzərə almırıq. Bir komandanın və ya oyunçunun başına gələ biləcək ən yaxşı şey şayiələrə məhəl qoymamaqdır”.

Xatırladaq ki, DÇ-2022-nin Qətər - Ekvador açılış oyunu bu gün Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti