İran millisi üçün şok xəbər

   İran millisi üçün şok xəbər
  22 Noyabr 2022    Oxunub:656
Dünən DÇ-2022-nin ilk turunda İngiltərə ilə matçda sıradan çıxan İran millisinin üzvü Əlirza Beyrənvandın durumuna aydınlıq gəlib.
AzVision.az "Khabaronline" nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı qapıçı kəllə-beyin travması alıb. O, bu səbəbdə yığmanın mundialdakı digər matçlarını buraxacaq.

Qeyd edək ki, Əlirza Beyrənvand dünən İngiltərəyə qarşı görüşdə (6:2) komanda yoldaşı ilə toqquşaraq zədələnib. Burnundan xəsarət alan qolkiper oyunu davam etdirə bilməyib və 18-ci dəqiqədə meydanı xərəkdə tərk edib.

Xatırladaq ki, İran B qrupunda İngiltərə ilə yanaşı, Uels və ABŞ-a qarşı mübarizə aparır.

AzVision.az


Teqlər:





Xəbər lenti