Səudiyyə Ərəbistanı futbolçularının qələbəsi milli bayrama səbəb oldu

Səudiyyə Ərəbistanı futbolçularının qələbəsi milli bayrama səbəb oldu
  22 Noyabr 2022    Oxunub:1047
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl Səud milli komandanın Qətərdə keçirilən dünya çempionatında Argentina yığması üzərində qələbəsindən sonra noyabrın 23-nü milli bayram elan edib.
AzVision.az hökumətin rəsmi agentliyinə istinadən xəbər verir ki, sabah bütün dövlət və özəl sektorda çalışanlar üçün istirahət günü olacaq. Tələbələr də dərslərdə iştirak etmək məcburiyyətində deyillər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı millisi C qrupunun ilk turunda Argentinanı 2:1 hesabı ilə məğlub edib.

AzVision.az



Teqlər:





Xəbər lenti