DÇ-2022-nin E qrupunda dekabrın 1-i keçiriləcək oyunları idarə edəcək hakimlər bəlli olub. Açıqlamaya görə, Əl Bayt stadionunda 22:00-da başlayacaq Kosta Rika-Almaniya matçını fransalı qadın hakim Stefani Frappart idarə edəcək.
Digər tərəfdən, qadın hakimlər Neuza Bak və Karen Diaz Frappartın köməkçiləri olacaq. Frappart dünya çempionatında oyun idarə edəcək ilk qadın hakim olacaq.